PAYTAXTIN DAHA BİR KÜÇƏSİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ TAM MƏHDUDLAŞDIRILACAQ

İyulun 19-da saat 00:00-dan iyulun 22-si saat 06:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.