PAYTAXTIN ƏSƏD ƏHMƏDOV KÜÇƏSİNDƏN “QƏLƏBƏ DAİRƏSİ” İSTİQAMƏTİNDƏ AVTOMOBİLLƏRİN HƏRƏKƏTİ TAM MƏHDUDLAŞDIRILACAQ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sürücülərə müraciət edib.

AAYDA-dan bildirilib ki, bu gündən etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi” istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.