PAYTAXTIN ƏHMƏDBƏY AĞAOĞLU KÜÇƏSİNDƏ TƏMİR İŞLƏRİ İLƏ ƏLAQƏDAR AVTOMOBİLLƏRİN HƏRƏKƏTİ QİSMƏN MƏHDUDLAŞDIRILACAQ

İyulun 6-sı saat 08:00-dan etibarən Bakı şəhərinin Nərimanov rayonunun Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında qeyd olunub.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə Agentlikdən bildirilib.