
2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin buraxılış siniflərini bitirən şagirdlərin sayı açıqlanıb.
İdarədən bildirilib ki, IX sinifi 43 min 664, XI sinifi 28 min 993, XII sinifi isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir.
Paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 min 372 şagird təhsil alır.
İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 29 min 767 müəllim fəaliyyət göstərir.
2023-2024-cü tədris ilində paytaxt üzrə 274 ümumi təhsil məktəbində fəaliyyət göstərən 971 məktəbəhazırlıq qrupuna 21 min 530 uşaq cəlb olunub.
Qeyd edək ki, idarənin tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir.