PAŞİNYAN: “YEREVAN ÜÇTƏRƏFLİ BƏYANATIN İCRASI İLƏ BAĞLI BÜTÜN SƏYLƏRİ GÖSTƏRMƏYƏ HAZIRDIR”

Yerevan Qarabağla əlaqədar üçtərəfli bəyanatın icrası ilə bağlı bütün səyləri göstərməyə hazırdır.
Erməni KİV-lərinin məlumatına görə, bunu Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Yerevanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
O, Ermənistanın bəyanatda qeyd olunan razılaşmaların icrası üçün bütün addımları atacağını deyib: “Biz, həmçinin üçtərəfli formatda konstruktiv dialoqun təmin olunması üçün maksimum səy göstərməyə hazırıq”.