Ermənistan regionda sülhün bərqərar olması üzrə Türkiyədən müsbət siqnallar alıb.
Erməni KİV-lərinə istinadən məlumatına görə, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.
O bildirib ki, Ermənistan Türkiyədən alınan müsbət siqnallara müsbət siqnallarla cavab verəcək.
Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi həll olmadan Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasının mümkün olmadığını bəyan edib.