“PAŞA SIĞORTA” AMB-NİN ƏSAS VƏSAİTLƏRİNİ SIĞORTALAYACAQ

“PAŞA Sığorta” Azərbaycan Mərkəzi Bankının (AMB) əsas vəsaitlərini sığortalayacaq.

Bu barədə AMB-dən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının əsas vəsaitlərinin sığortalanması xidmətinin satın alınmasına dair elan edilmiş açıq tender üzrə Satınalmalar komissiyasının 26 dekabr 2023-cü il tarixli qərarına əsasən “PAŞA Sığorta” ASC qalib elan edilib.