PARLAMENT SƏDRLƏRİNİN 6-CI DÜNYA KONFRANSININ YEKUN SƏNƏDİNİN QƏBUL OLUNMASI MÜZAKİRƏ EDİLİB

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 29-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclasında iştirak edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclası giriş sözü ilə açan Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson iclasın gündəliyi haqqında məlumat verib. Qeyd olunub ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransında ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən 102 ölkənin parlament sədrləri iştirak edir.

Tədbirdə Parlament Sədrlərinin 6-cı Dünya Konfransına hazırlıqla bağlı görülən işlər, Komitənin sonuncu iclasının hesabatı, Dünya Konfransının yekun sənədinin qəbul olunması və digər təşkilati məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, iclasda Parlamentlərarası İttifaqın coğrafi qruplarından komitəyə üzv seçilmiş parlament sədrləri iştirak ediblər.

Parlament Sədrlərinin 6-cı Dünya Konfransının yekun sənədinin qəbul olunması müzakirə edilib (FOTO)