PARLAMENT DAHA BİR BEYNƏLXALQ SƏNƏDİ TƏSDİQ EDİB

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edib.

Milli Məclisin bu gün keçirilən iclasında “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsində qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilsin.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.