PARİSİN RESTORAN VƏ OTEL SEKTORUNDA SAHİBKARLAR OLİMPİADADAN NARAZIDIR

Gözlənilən Olimpiya turistləri həqiqətən Parisə gəliblər, lakin adi turistlər bu böyük idman hadisəsindən qorxublar. Parisli restoran və mehmanxanaçılar bundan narazı qalıblar.

Avstriyanın “Die Presse” qəzeti xəbər verir ki, Olimpiadanın ilk həftəsi başa çatmaq üzrədir və Parisdə bir çox restoran və mehmanxanaçılar məyusdurlar. “Bizə 15 milyon insanın Parisə gələcəyini söylədilər, bəs onlar haradadır?”, -deyə Sena sahilində restoran və barları idarə edən Arnod Peyc sual verir.

“Protourisme” konsaltinq şirkətinin rəhbəri Didier Arino isə deyir: “Olimpiada yüksək qiymətləri və qorxu hissi ilə müntəzəm turistləri kənarlaşdırdı”.

Gözlənilən Olimpiya turistləri həqiqətən gəldi. Fransa paytaxtını turizm məkanı kimi tanıdan “Choose Paris” (“Parisi seçin”) assosiasiyasının məlumatına görə, Olimpiada başlayandan bəri xarici ziyarətçilərin sayı əvvəlki illə müqayisədə təxminən 20 faiz artıb.

Adətən yay aylarında çox izdihamlı olan “Disneyland Paris”də əyləncə parkı proqramı müxtəlif attraksionlar üzrə ilin bu vaxtı üçün normaldan xeyli qısa gözləmə saatlarını göstərir. Taksi sürücüləri bu həftə sərnişin çatışmazlığından böyük məyusluq ifadə ediblər və Oyunlar ətrafında təhlükəsizlik tədbirləri nəticəsində yaranan böyük nəqliyyat pozuntularına görə hökumətdən təzminat tələb edirlər.