PARİS OLİMPİYA OYUNLARINDA RUSİYA BAYRAĞININ NÜMAYİŞİNƏ İCAZƏ VERİLMƏYƏCƏK

Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron “L’Equipe” qəzetinə verdiyi müsahibədə bildirib.

“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz. Rusiyanın müharibə etdiyinə görə 2024-cü il Olimpiadasında yeri yoxdur”, – deyə Makron qeyd edib.

Makron bəyan edib ki, rusiyalı idmançıların Olimpiya Oyunlarında fərdi iştirakı ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.