PARAÜZGÜÇÜMÜZ RAMAN SALEY DÜNYA SERİYASI YARIŞINDA GÜMÜŞ MEDAL QAZANIB

Azərbaycan paraüzgüçüsü Raman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasında gümüş medal qazanıb.

Azərbaycan Milli Paralimpiya Komitəsin xəbər verir ki, idmançımız yarışda 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışında 1 dəqiqə 1.09 saniyə nəticə göstərərək ikinci olub.

Qeyd edək ki, üç idmançı ilə təmsil olunan millimiz yarışı dörd gümüş medalla başa vurub.