PAPUA-YENİ QVİNEYADA 6,5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Papua-Yeni Qvineyada 6,5 bal gücündə zəlzələ olub.

Bu barədə ABŞ-nin Geologiya Xidməti məlumat yayıb. Qrinviç vaxtı ilə 05:36-da (Bakı vaxtı ilə 09:36-da) baş verən zəlzələnin episentri Papua-Yeni Qvineyanın ən iri liman şəhəri olan Kimbedən 104 kilometr şimal-qərbdə, dənizdə olub.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.