
Papua-Yeni Qvineyanın şimal-şərq sahillərində, Morobe vilayətinin inzibati mərkəzi yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avstraliya Dövlət Geoloji Bürosu bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri adanın sahillərində, 100 min insanın yaşadığı Lae şəhərindən 100 km cənub-qərbdə olub. Ocağl 60 km dərinlikdə yerləşib.
Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.