PAKİSTANLI SENATOR ÇƏTİN DÖVRLƏR KEÇİRƏN ÖLKƏLƏRƏ DƏSTƏYİNƏ GÖRƏ AZƏRBAYCANA TƏŞƏKKÜR EDİB

Pakistan üçün Azərbaycan müsəlman, qardaş ölkədir. Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Dövlətlərimiz arasındakı münasibətlər gündən-günə yaxınlaşır. Biz, həmçinin Azərbaycanın Qarabağ məsələsindəki mövqeyini tam dəstəkləyirik.

Bu sözləri açıqlamasında Pakistan parlamentinin senatoru Nisar Ahmed Kuhro deyib.

Azərbaycanın qısa müddət ərzində nail olduğu inkişafı, eyni zamanda, böhran vəziyyətində olan Pakistana verdiyi dəstəyi yüksək qiymətləndirən senator bildirib: “Mən çətin dövrlər keçirən ölkələrə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürümü bildirirəm. Bu baxımdan Azərbaycanın düyü idxalı sahəsində Pakistana göstərdiyi yardımı qeyd edə bilərəm. Hər iki dövlət daim bir-birinin mövqeyini müdafiə edir”, – deyə Nisar Ahmed Kuhro vurğulayıb.