
Pakistanın şərqində yerləşən Pəncab əyalətinin müxtəlif rayonlarında kəşfiyyat məlumatları əsasında aparılan əməliyyatların gedişində 17 terrorçu həbs edilib.
Sinxua agentliyi xəbər verir ki, bu barədə əyalət polisinin terrorla mübarizə idarəsi açıqlama yayıb. Məlumata görə, həbs edilmiş terrorçular əyalətdəki ibadət yerlərinə və mülki şəxslərə, habelə əcnəbilərə hücum planlaşdırırdı. Onların arasında “Təhrik-e-Taliban Pakistan” və “İŞİD” terror qruplaşmaların üzvlərinin də olduğu bildirilir .
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyatlar zamanı əl qumbaraları, detonatorlar, partlayıcılar daxil olmaqla, çox sayda silah-sursat aşkarlayıblar.
