PAKİSTANDA TERROR AKTI NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 54 NƏFƏRƏ YÜKSƏLİB

Pakistanın şimal-qərbində yerləşən Hayber-Pahtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 54 nəfər həlak olub.

Hücum zamanı xəsarət alan 83 nəfər hazırda əyalətin tibb müəssisələrində müalicə alır.

İyulun 30-da Pakistanın hakim koalisiyasına daxil olan “İslam Alimləri Assambleyasının” qurultayında terror aktı törədilib. Partlayış nəticəsində 44 nəfər, o cümlədən partiyanın Baş katibi Har Ziyaullah hadisə yerində həlak olub.

Regionda fövqəladə vəziyyət rejimi elan edilib. Əyalətin Administrativ mərkəzi – Peşavar şəhərindəki xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib. Həkimlər yaralıların bir çoxunun kritik vəziyyətdə olduğunu bildirir.