PAKİSTANDA MƏSCİDDƏ PARTLAYIŞ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 59-A ÇATIB

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəicəsində həlak olanların sayı artıb.

Bu barədə Pakistan və Qərb KİV-ləri məlumat verir.

Belə ki, Pakistanın “Dawn” portalının məlumatına əsasən, partlayışda 59 nəfər həlak olub, bəzi Qərb mediası isə həyatını itirənlərin sayının 61 nəfərə çatdığını bildirir.

Qeyd edilir ki, partlayış nəticəsində 157-dən çox insan yaralanıb.

Xatırladaq ki, ötən gün Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib. Partlayışdan sonra məscidin tavanı və divarları çöküb. Çoxlu insan dağıntılar altında qalıb.

Partlayışa görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.