Pakistanın şimalında Siyaçin dağlıq bölgəsində hərbi helikopter qəzaya uğrayıb.
Hadisə nəticəsində iki nəfər həlak olub. Ölənlərin mayor rütbəsi daşıdığı məlum olub.
Hadisə yerinə axtarış-xilasetmə qrupları və hərbçilər cəlb olunub.
Siyaçin buzlaqları Qaraqorum dağlarında Pakistan, Çin və Hindistan sərhədində yerləşir.
Bölgədə uzun müddət Pakistan və Hindistan arasında münaqişələr qeydə alınıb. Bununla əlaqədar Siyaçin dünyanın ən hündür münaqişə bölgəsi kimi tanınıb.