Pakistanın Bəlucistan əyalətində baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər həyatını itirib, 200 -dən çox adam yaralanıb.
Bu barədə Təbii fəlakətlərlə mübarizə üzrə İdarənin direktoru Nəsir Nəsir bildirib.
Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib və Kvetta şəhərindən təxminən 100 km məsafədə olub. Hökumət binaları da daxil olmaqla 100-dən çox ev uçub, bir çoxuna ziyan dəyib.