Pakistanın Cammu Kəşmir əyalətində avtobusun dərəyə yuvarlanması nəticəsində 23 nəfər həlak olub.
Ravalpindi əyalətinə hərəkət edən avtobus naməlum səbəbdən qəzaya uğrayıb.
Qeyd olunur ki, avtobusda 30-dan çox sərnişin olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.