
Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.
“Daily Pakistan” saytı xəbər verir ki, hadisə çərşənbə günü səhər saatlarında Vaşuk rayonunda baş verib.
İlkin məlumata görə, qəzaya sürücünün sürət həddini aşması səbəb olub. Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanalara yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
