PAKİSTAN PREZİDENTİ NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN PREZİDENTİNİ VƏ XALQIMIZI TƏBRİK EDİB

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xalqımızı təbrik edib.
Pakistan Prezidenti bununla bağlı rəsmi tviter hesabında paylaşım edib. Paylaşımda qeyd olunub: “Pakistan xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti qardaş İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan sülh və firavanlıq diləyirəm”.