PAKİSTAN OMBUDSMANININ MÜŞAVİRİ: AZƏRBAYCAN, TÜRKİYƏ VƏ PAKİSTAN ARASINDA QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ DAHA DA GÜCLƏNƏCƏK

Azərbaycan və Pakistan arasında qardaşlıq və əməkdaşlıq daha da güclənəcək.

Bunu Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani jurnalistlərə açıqlamasında deyib.

Muhammad Javed Ghani Azərbaycan xalqını Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edib: “Biz torpaqlarını işğal azad etdiyi üçün Azərbaycan xalqı və ordusu ilə fəxr edirik. Azərbaycana olan isti münasibətimizdən dolayı bu günə kimi Ermənistanı tanımırıq. Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstəririk. Bu qardaşlıq və əməkdaşlıq daha da güclənəcək”.