Özbəkistanın “Uzbekistan Airways” aviaşirkəti Azərbaycana müntəzəm reysləri bərpa edir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Mənbənin sözlərinə görə, reyslər həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.
“Birinci reys martın 15-ə planlaşdırılıb. “Uzbekistan Airways” təyyarəsi Daşkənddən yerli vaxtla 14:40-da çıxacaq, Bakıya saat 16:35-də çatacaq. Əks istiqamətdə təyyarə Bakıda saat 17:35-də havaya qalxaraq, saat 21:10-da Daşkəndə çatacaq”, – hava limanından bildiriblər.
“Uzbekistan Airways”, həmçinin aprel ayında Daşkənd-Bakı marşrutu ilə reyslərin sayını həftədə iki dəfəyə çatdıracaq. Uçuşlar çərşənbə axşamı ilə yanaşı cümə axşamları da həyata keçiriləcək.