ÖZBƏKİSTANDA TİCARƏT MƏRKƏZİNDƏ PARTLAYIŞ BAŞ VERİB, HƏLAK OLANLAR VƏ YARALANANLAR VAR

Özbəkistanın Suxandərya vilayətinin Denau şəhərindəki ticarət mərkəzində partlayış baş verib.
Özbəkistan KİV-nin xəbərinə görə, xilasedicilər partlayış yerindəki dağıntıların altından iki nəfərin cəsədini tapıblar, daha doqquz nəfər yaralanıb.
Respublikanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gecə saatlarında baş verən partlayışın ardınca yanğın başlayıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerində Özbəkistan Baş nazirinin birinci müavini Açilboy Ramatovun rəhbərliyi ilə hökumət komissiyası işləyir. İlkin məlumata əsasən hadisəyə məişət qazının partlaması səbəb olub.