ÖZBƏKİSTANDA KİNO SƏNAYESİNİN İNKİŞAFI MƏQSƏDİLƏ KİNOŞƏHƏRCİK SALINACAQ

Özbəkistanda kino sənayesinin inkişaf etdirilməsi məqsədilə kinoşəhərcik salınacaq.

Layihənin reallaşması üçün Daşkənd vilayətinin Bostanlıq rayonunda 50 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub.

Kinoşəhərciyin tikilməsi 2022-2026-cı illərdə Özbəkistanın Strateji İnkişaf layihəsində yer alıb.

Ekspertlər hesab edir ki, belə şəhərciyin tikilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə, Özbəkistanın kino sənayesinin inkişafına güclü təkan verəcək.