OXÇUÇAYDA BAŞ VERƏN PROSESLƏR ONLAYN KAMERA VASİTƏSİLƏ İZLƏNİLİR

“Onlayn kamera vasitəsilə Oxçuçayda baş verən proseslər izlənilir”.

Bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 avtomatik stansiya quraşdırılıb. Onlardan biri Oxçuçayın Bürünlü məntəqəsindədir. Həmin məntəqədə gündəlik olaraq suyun səviyyəsini, temperaturunu, o cümlədən onlayn kamera vasitəsilə çayda baş verən prosesləri izləyirik. Oxçuçayda hazırda suyun səviyyəsində artım müşahidə edilir. Onu da qeyd edim ki, ərazidən axan digər çayların da məlumatları Situasiya Mərkəzinə daxil olur”, – deyə A.Verdiyev bildirib.