Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və yanvarın 22-dən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.
Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilər: “Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı qaydaların mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılan ovçuluq təsərrüffatlarının sahələrindən istifadə etsinlər”.