ÖTƏN İL OMBUDSMANA EDİLƏN VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNİN SAYI AÇIQLANIB

2022-ci ildə Ombudsmana vətəndaşlar tərəfindən 28 525 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Milli Məclisdə 2022-ci il üzrə illik məruzəni təqdim edərkən deyib.

O qeyd edib ki, həmin müraciətlərə Konstitusiya ilə müəyyən edilmiş qaydada baxılıb.

“Müraciətlərlə əlaqədar müvafiq dövlət qurumlarına müraciət edilib, təklif və tövsiyələr verilib. Bir çox hallarda pozulmuş hüqular bərpa edilib. Bununla yanaşı, vətəndaşlara çoxsaylı hüquqi izahatlar verilib”, – deyə o qeyd edib.