
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyitərəfindənişaxtaran və işsiz vətəndaçların sosial müdafiəsinin gücləndirilimsəi, onların məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, ötən il peşə hazırlığına cəlb olunan 18.4 min nəfərin 11.8 mini qadınlar olub.14-29 yaş arası 9.5 min nəfər, 487nəfər əlilliyi olan, 1.4 min nəfər keçmiş məcburi köçkün, 52 nəfər cəzaçəkmə müəssisəsindən azad olunmuş şəxslər, 332 nəfər müharibə iştirkaçısı, 4 nəfər şəhid ailəsi üzvü peşə hazırlığına cəlb olunub.
“Böyük Qayıdış” Proqramı çərçivəsində Agentlik tərəfindən ərazi üzrə işəgötürənlərin tələblərinə uyğunluğunu artırmaq üçün 2025-ci ildə məskunlaşan şəxslərdən 152 nəfər peşə hazırlığına cəlb olunub.
