
Ötən il 432 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 222 nəfərə bu dərəcənin verilməsindən imtina edilib.
Ali Attestasiya Komissiyasından verilən məlumata görə, 84 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 24 nəfərə bu dərəcənin verilməsindən imtina olunub.
200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. 29 nəfərə dosent, 7 nəfərə isə professor elmi adının verilməsindən imtina olunub.
Nostrifikasiya və təkrar attestasiyaya gəlincə, 27 nəfərə fəlsəfə doktoru, 2 nəfərə elmlər doktoru, 1 nəfərə dosent elmi dərəcəsi verilib. 7 nəfərə dəlsəfə doktoru, 1 nəfərə elmlər doktoru dərəcəsi verilməsindən imtina olunub.