ÖTƏN HƏFTƏ NƏ QƏDƏR ƏRAZİ MİNALARDAN TƏMİZLƏNİB?

Aprelin 6-dan 12-dək işğaldan azad edilmiş ərazilərdə 47 tank əleyhinə mina, 144 piyada əleyhinə mina, 1 661 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Həmçinin 2052,5 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatları Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirilib.