ÖTƏN HƏFTƏ AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ AŞKARLANAN MİNALARIN SAYI AÇIQLANIB

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Azad olunan ərazilərdə 12 – 18 avqust tarixlərində 31 tank əleyhinə mina, 121 piyada əleyhinə mina, 6954 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1048.7 hektar ərazi minalardan təmizlənib.