
Azad olunan ərazilərdə dekabrın 22-dən 28-nə qədər 18 tank əleyhinə mina, 72 piyada əleyhinə mina, 758 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə ANAMA-nın azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 932,9 hektar ərazi minalardan təmizlənib.
