ÖTƏN HƏFTƏ 105 MİNA VƏ 223 PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevralın 2-8-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 97, tankəleyhinə 8 mina və 223 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 669,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.