ÖTƏN GÜN BAKIDA HAVANIN MAKSİMAL TEMPERATURU İQLİM NORMASINDAN 1.4° AŞAĞI OLUB

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib. Sentyabrın 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Biləsuvar, Lerikdə 6, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 millimetrədək olub.

Şəmkir, Şamaxı, Lerik, Qrızda duman müşahidə olunub.

Sentyabrın 14-də Bakıda havanın maksimal temperaturu iqlim normasından 1.4° aşağı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 24°-dək isti, Naxçıvan MR-də 30°-dək isti, Aran rayonlarında 28°-dək isti, dağlıq rayonlarda 11-16° isti qeydə alınıb.