ÖTƏN GÜN AZƏRBAYCANDA 9825 NƏFƏR COVID-19 ƏLEYHİNƏ PEYVƏND OLUNUB

Martın 11-də Azərbaycanda 9825 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

Yanvarın 18-dən hazırkı dövrədək ölkəmizdə 443 min 888 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün regionlarında uğurla davam edir.