
Media Təhlil Mərkəzi (MTM) 2025-ci ilin fevral ayı üzrə müxtəlif qurumların fəaliyyətinin onlayn mediada işıqlandırılması barədə hesabat hazırlayıb.
Hesabata əsasən, fevral ayında onlayn mətbuatın ən çox yer ayırdığı dövlət payı olan şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olub. Ötən ilin fevral ayında SOCAR-ın fəaliyyəti ilə bağlı onlayn mediada 1770 məqalə dərc edilmişdisə, cari ilin fevralında yazıların sayı 2036-ya çatıb.
İkinci sırada 1793 məqalə ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL), üçüncü sırada isə 811 yazı ilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qərarlaşıb.
Digər pillələri “Azərişıq” ASC və “Bakı Metropoliteni” QSC paylaşıb.
Məlumat üçün bildirək ki, hesabata əsasən, cari ilin fevral ayında onlayn mediada dövlət payı olan şirkətlərin fəaliyyəti ilə bağlı ümumilikdə 6866 məqalə dərc edilib. Ötən ilin fevral ayında isə bu göstərici 4985-ə bərabər olub.
