
İyun ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından bildirilib ki, ötən ay 77 nəfərə fəlsəfə doktoru, 11 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə imtina cavabı gəlib.
İyun ayı ərzində 16 nəfərə dosent, 3 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 12 nəfərə imtina verilib.
Nostrifikasiya və təkrar attestasiyadan keçən 3 nəfərə fəlsəfə doktoru, 1 nəfərə professor adı verilib, fəlsəfə doktoru adı almaq istəyən 1 nəfərə isə imtina verilib.
