ÖTƏN AY 770 MİNA VƏ 12 MİN 298 PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən oktyabr ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 406, tankəleyhinə 364 mina və 12 min 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 7022,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.