“OSKAR” MÜKAFATLARININ TƏQDİMATI TƏXİRƏ SALINIB

ABŞ Kino Akademiyası fəxri “Oskar” mükafatlarının təqdimat mərasimini təxirə salıb.

Xarici KİV-lər xəbər verir ki, ssenaristlər və aktyorların tətili səbəbindən mərasim 2024-cü ilə keçirilib.

Fəxri mükafatların qaliblərinin aktrisa Ancela Basset, rejissor, ssenarist və prodüser Mel Bruks, redaktor Kerol Littleton və Sundance İnstitutundan Mişel Satter olacağı bildirilib.

Qeyd edək ki, mükafatları təqdim edən qurumun məlumatına əsasən, bu proseslə bağlı mümkün dəyişikliklər olduğu təqdirdə mediaya ümumi məlumat veriləcək.