ORTAQ TÜRK ƏDƏBİYYATI VƏ ORTAQ TÜRK ƏLİFBASI DƏRSLİKLƏRİ HAZIRLANACAQ

Hazırda məktəblərdə tədris aparılması üçün Ortaq Türk Ədəbiyyatı dərsliyi hazırlanır.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Ortaq Türk Dünyası Tarix Olimpiadasının mükafatlandırılma mərasimində deyib.

O bildirib ki, Ortaq Türk Dünyasının əlifbası dərsliyi hazırlanacaq.

“Ortaq türk coğrafiyası dərsliyi isə artıq yekunlaşmaq üzrədir” – deyə nazir müavini qeyd edib.