ORTA MƏKTƏBLƏRDƏ DƏRSLƏRİN BİR HƏFTƏ GEC BAŞLAMASININ SƏBƏBİ AÇIQLANIB

Azərbaycanda orta məktəblərdə dərslərin bir həftə gec başlamasının səbəbi açıqlanıb.

Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib ki, məqsəd bir həftə ərzində daha çox insanın vaksin olunaraq immun qazanmasını gözləməkdir:

“Bu gün Azərbaycanda vaksinasiya prosesi sürətlə gedir. Hesab edirik ki, bir həftə ərzində daha çox insan vaksin olunub immunitet qazana bilər ki, bu da tədris prosesinə müsbət təsir göstərə bilər”.

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

İndiyə qədər Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib.