ORDUBADIN YÜKSƏK DAĞLIQ ƏRAZİLƏRİNƏ 14 SANTİMETR QAR YAĞIB

Oktyabrın 22-də səhər saatlarından etibarən Ordubad rayonunun ucqar kəndləri və dağ massivlərində hava şəraiti kəskin dəyişib, havanın temperaturu xeyli enib.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, rayonun 3500 metrədək yüksəklikdə yerləşən dağlıq ərazilərinə qar yağıb. Qarın hündürlüyü 14 santimetrdir.