OQTAY ƏLİYEVİN DƏFN OLUNACAĞI YER DƏYİŞDİRİLİB

Əməkdar mədəniyyət işçisi, “SOY Production”un baş direktoru, prodüser Oqtay Əliyev bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Daha əvvəl onun Mehdiabad qəbiristanlığında torpağa tapşırılacağı bildirilirdi.

Xatırladaq ki, O.Əliyev ötən gün yol qəzasında dünyasını dəyişib. Hadisə Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib.

“SOY Production”un baş direktoru O.Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. O.Əliyev hadisə yerində dünyasını dəyişib.