OPERA VƏ BALET TEATRI MÜSABİQƏ ELAN EDİB

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrin genişləndirilməsi məqsədilə müsabiqə elan edib.

Teatrdan bildirilib ki, xəbər verir ki, müsabiqə iyulun 5-dən 9-dək keçiriləcək.

Müsabiqədə birinci və ikinci skripkalar iyulun – 5-6-da, alt, violonçel və kontrabaslar iyulun 7-də, taxta nəfəs alətləri iyulun 8-də, mis nəfəs alətləri, zərb alətləri, arfa və fortepiano iyulun 9-a iştirak edəcəklər.

Qeyd edək ki, sənədlər iyulun 1-dən yalnız elektron qaydada azstateoperabaku@gmail.com qəbul edilir. Müsabiqə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.