
“Opera” “iOS” tətbiqinə pulsuz VPN əlavə edib.
VPN xidmətinin “iOS”-a əlavə edilməsi ilə “Opera” hər platformada quraşdırılmış pulsuz “VPN” təklif edən ilk brauzer şirkəti olub.
“Opera”-nın “VPN” xidməti abunə, giriş və əlavə plaginlər tələb etmir.
“Opera” brauzeri “VPN” trafikinin şifrələnməsini və IP ünvanının gizlədilməsini təmin edir. Təhlükəsiz baxış üçün istifadəçilərin əsas menyudakı düyməyə toxunması kifayətdir. “VPN”-i tapmaq və onun telefonunuzda mövcud olub-olmadığını görmək üçün “Opera” “iOS” tətbiqinin yuxarı sağ tərəfindəki üçlü xəttə toxunun. Sonra Parametrlərə daxil olun və yuxarıda “VPN” çıxmalıdır.
“Opera” həmçinin bildirir ki, daxili “VPN” istifadəçi məxfiliyini və təhlükəsizliyini təmin etmək üçün heç bir qeyd saxlamır.
“Opera”-nın məlumatına görə, pulsuz “VPN”-nin bütün istifadəçilərə çatması bir neçə həftə çəkə bilər.