OPEC+ ÖLKƏLƏRİ NEFT HASİLATININ ARTIRILMASI İLƏ BAĞLI QƏRARI DƏYİŞMƏZ SAXLAYIB

OPEC+ monitorinq komitəsi neft hasilatının 400 min barel/sutka səviyyəsində artırılması qərarını aprel ayı üçün qüvvədə saxlayıb.

Bu barədə TASS agentliyi məlumat verir.

Qeyd olunur ki, monitorinq komitəsinin iclası 21 dəqiqə davam edib və tərəflər mövcud qərarın qüvvədə saxlanmasını qərarlaşdırıb.

Daha sonra keçirilən OPEC+ nazirlər komitəsinin iclasında da bu qərar dəstəklənib. Nazirlər komitəsinin iclası 10 dəqiqədən az davam edib.

OPEC+ nazirlər komitəsinin növbəti iclasının martın 31-də keçirilməsi nəzərdə tutulub.