OPEC AZƏRBAYCANDA NEFT HASİLATI İLƏ BAĞLI PROQNOZUNU AÇIQLAYIB

2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.

Bu barədə OPEC-in aylıq hesabatında məlumat verilir.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub.

2021-ci ilin noyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalaraq 0,72 milyon barel/sutka təşkil edib.

“Ümumilikdə, neft hasilatı oktyabr ayı ilə müqayisədə 2 min barel/sutka azalaraq orta hesabla 584 min barel/sutka təşkil edib. Bu, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun “Çıraq” platformasında texniki xidmət işlərinin davam etməsi ilə bağlı olub. Kondensat hasilatı isə stabil qalaraq 140 min barel/sutka təşkil edib. Dekabr ayında təmir işlərinin başa çatmasından sonra neft hasilatı orta hesabla 0,79 milyon barel/sutkayadək artıb”.